4af34cab-0aa8-4f33-80e6-970a68802741..jpg

Kamran Əliyev: “Gəncəni raketlə vuranların bəziləri artıq həbs olunublar”

Baxış sayı: 592 dəfə baxılıb.

Kamran Əliyev: “Gəncəni raketlə vuranların bəziləri artıq həbs olunublar”

“Gəncənin Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən
raketlə vurulmasından 3 il ötür. Bu cinayəti edənlərin və azərbaycanlılara
qarşı digər cinayətləri törədənlərin artıq bir neçəsi həbs ediliblər”.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə
açıqlamasında deyib.

Baş prokuror bildirib ki, hazırda onlar barəsində istintaq hərəkətləri
aparılır:

“Bu, hadisələrin ildönümü ərəfəsində təsəlli verir. Həm Birinci Qarabağ
müharibəsi, həm də Vətən müharibəsi dövründə, daha sonra isə atəşkəs dövründə
azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı cinayət işləri açılıb.
Hərbi Prokurorluqda, Baş Prokurorluqda və Dövlət Təhlükəsizliyi Xidmətində bu
cinayət işləri üzrə istintaq hərəkətləri aparılır”.

Source link