a0e10e17-bbee-4b29-b7ba-0759756d4573..jpg

Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının məsul şəxsləri ilə görüşüb – FOTO

Baxış sayı: 531 dəfə baxılıb.

Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının məsul şəxsləri ilə görüşüb –
FOTO

Baş prokuror Kamran Əliyev İqtisad Əməkdaşlıq Təşkilatının məsul şəxsləri ilə
görüşüb.

Baş Prokurorluqdan verilən xəbərə görə, Bakıda keçiriləcək İqtisadi
Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında
iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvəti ilə İƏT-in məsul
şəxsləri ölkəmizə işgüzar səfərə gəliblər.

Baş prokurorla nümayəndə heyətinin rəhbəri – baş katibin müavini, səfir Jandos
Asanov arasında baş tutan görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi,
təşkilata üzv olan dövlətlər arasında hüquqi müstəvidə qarşılıqlı
münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq
hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək
perspektivləri mövzusunda müzakirələr aparılıb.

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları
çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi
istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Jandos Asanov təmsil etdikləri qurumun
Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycanın
təşkilatın fəaliyyətində fəal iştirak etdiyini və daim təşkilatın işinə öz
töhfəsini verdiyini bildirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir
mübadiləsi aparılaraq, təşkilat üzvləri arasında qarşılıqlı fəaliyyətin
səmərəliliyi ətrafında müzakirələr aparılıb.

Source link