0d883fb0-3eef-4c00-ab06-ac837fb21f2e..jpg

Kamran Əliyev İran Baş prokuroru ilə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu müzakirə edib

Baxış sayı: 491 dəfə baxılıb.

Kamran Əliyev İran Baş prokuroru ilə Azərbaycanın Tehrandakı səfirliyinə
terror hücumunu müzakirə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə İran
İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında
videoformatda geniş tərkibli görüş keçirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Cixisyolu.com-ın sorğusuna cavab olaraq
bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə cari
ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə
məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndirilməsi və
hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.

Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi
əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir
mübadiləsi aparılıb.

Görüşdə, həmçinin ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbas Musəvi də iştirak
ediblər.

Source link