7fb7e460-6bff-4c8b-bcc4-0ad7237cc5ee..jpg

Kanada dövlət qulluqçularına “TikTok”u qadağan etdi

Baxış sayı: 772 dəfə baxılıb.

Kanada dövlət qulluqçularına “TikTok”u qadağan etdi

Kanada hökuməti təhlükəsizlik səbəbi ilə martın 1-dən dövlət qulluqçularına
verilən mobil cihazlarda Çin sosial şəbəkəsi “TikTok”dan istifadəni qadağan
edib.

Məlumata görə, Ottava qərarı rəsmən fevralın 28-də elan edəcək.

Qeyd olunur ki, dövlət qulluqçuları mobil cihazlarında Çin tətbiqini
silməlidirlər. Belə ki, Kanada hökumətinin informasiya təhlükəsizliyi üzrə
ekspertlərinin fikrincə, “TikTok” tətbiqində istifadə edilən məlumat toplama
üsulları istifadəçiləri kiberhücumlara qarşı həssas edə bilər.

Bildirilir ki, müvafiq direktiv artıq bazar ertəsi Kanada Xarici İşlər
Nazirliyinin əməkdaşlarına göndərilib.

Mənbə: TASS

Source link