989c977c-92ec-4a98-a427-e4b95cdb0e2f..jpg

Kanada Latviyaya hava hücumundan müdafiə və PUA əleyhinə sistemlər yerləşdirəcək

Baxış sayı: 479 dəfə baxılıb.

Kanada Latviyaya hava hücumundan müdafiə və PUA əleyhinə sistemlər
yerləşdirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanada 2024-cü ildə Latviyada helikopterlər, qısamənzilli hava hücumundan
müdafiə sistemləri, PUA əleyhinə sistemlər yerləşdirəcək.

Bu sözləri Kanadanın milli müdafiə naziri Bill Bler deyib.

B.Bler, həmçinin əlavə edib ki, Kanada təcili surətdə NATO-nun Latviyadakı
hərbi kontingenti üçün 32 milyon ABŞ dolları dəyərində mobil tank əleyhinə
raket sistemlərinin alınmasını təşkil edəcək.

Qeyd edək ki, hazırda Latviyada 1000-ə yaxın kanadalı hərbçi var və 2026-cı
ilə qədər onların sayının 2 200-yə çatdırılması planlaşdırılır.

Mənbə: LETA

Source link