a585a264-fbfa-43bd-8e5f-1fed08c3a1e1..jpg

Kanada Ukraynanın Avropa İttaqına üzv olmasına kömək edəcək

Baxış sayı: 626 dəfə baxılıb.

Kanada Ukraynanın Avropa İttaqına üzv olmasına kömək edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kanada Ukraynaya Avropa İttifaqına üzv olmaq yolunda fəal dəstək göstərəcək
və beynəlxalq tərəfdaşları da oxşar şəkildə yardım göstərməyə təşviq edəcək”.

Bu sözləri Kanada xarici işlər naziri Melani Coli deyib.

Melani Coli Kremlin Ukraynaya qanunsuz soxulma qərarını strateji səhv
adlandırıb. Çünki onun fikrincə, bu yolla Rusiya diplomatik, siyasi, iqtisadi
və hərbi cəhətdən özünü dünyadan təcrid edib. Diplomat əmindir ki, Rusiya
üzərində bu üstünlüyün saxlanması vacibdir.

Melani Coli, həmçinin qeyd edib ki, Kanada Avropa İttifaqına (Aİ) üzvlük
yolunda Ukraynanı dəstəkləyəcək.

“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Co Bayden Administrasiyasını və
Aİ-ni ona köməyi davam etməyə, həmçinin Ukraynanı Aİ-yə qəbul etməyə məcbur
edəcəyik, çünki bu onun gələcəyi üçün çox vacibdir”, – deyə Kanada xarici işlər
naziri vurğulayıb.

Coli NATO-ya üzv olan bütün dövlətlərin Ukraynaya davamlı dəstəyinin
vacibliyini nəzərə çatdırıb.

Mənbə: RBC-Ukrayna

Source link