Kanadada 16 nəfər anomal istilərin qurbanı oldu

Baxış sayı: 2. 661 dəfə baxılıb.

Kanadada 16 nəfər anomal istilərin qurbanı oldu

Kanadanın Kvebek vilayətində davam edən anomal istilər 16 nəfərin ölümü ilə nəticələnib.

ÇıxışYolu.Com xəbər verir ki, onlardan 11-i vilayətin ən iri şəhərində – Monrealda dünyasını dəyişib. Meqapolisdə isti hava şəraiti ilə əlaqədar təcili yardıma zənglər 30 faiz artıb.

Bildirilir ki, Monrealda sonuncu dəfə normadan yüksək hava 2010-cu ilin yayında qeydə alınıb. Həmin vaxt anomal istilər 106 nəfərin həyatına son qoyub.  

www.ÇıxışYolu.Com