cae128d9-9f4e-41a9-b485-22f8c42e9a2a..jpg

Kanadada boz ayı iki turistin həyatına son qoyub

Baxış sayı: 579 dəfə baxılıb.

Kanadada boz ayı iki turistin həyatına son qoyub

Kanadanın Banf Milli Parkında boz ayı iki turistə hücum edib.

“Kanada Parkları” agentliyinin əməkdaşları ayının hücumu barədə GPS siqnalı
sayəsində məlumat alıblar.

Dərhal axtarış qrupu hadisə yerinə yola düşüb, lakin hava şəraiti ilə əlaqədar
xilasetmə əməliyyatı ləngiyib.

Xilasetmə qrupu hadisə yerinə çatanda isə artıq gec olub, onlar bir qadın və
bir kişinin cəsədini aşkar ediblər.

Əməliyyat zamanı onlar aqressiv ayı ilə də qarşılaşıblar.

Təhlükəsizliyi təmin etmək axtarış qrupu heyvanı yerindəcə məhv etmək qərarına
gəlib.

Mənbə: CBC

Source link