Kanadada qəza: 14 hokkeyçi ölüb

Kanadada qəza: 14 hokkeyçi ölüb

Baxış sayı: 3. 301 dəfə baxılıb.

Kanadada gənc hokkeyçilərin olduğu avtobus qəzaya uğrayıb.

ÇıxışYolu.Com “Global and Mail” nəşrinə istinadən xəbər verir ki, hokkeyçilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb.

Məlumata görə avtobusda 28 nəfər olub. 14 nəfər müxtəlif bədən xəsarətləri alıb. Üç nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, avtobus yük avtomobili ilə toqquşub.

Kanada baş naziri Castin Trüdo ölən hokkeyçilərin yaxınlarına başsağlığı verib.

www.ÇıxışYolu.Com