Kanadanın Toronto şəhərindəki terror aktı zamanı avtomobilin vurduğu şəxslərin çox hissəsi qadınlar olub. Hadisəni törədən erməni əsilli Alek Minasyanın 2014-cü ildə Kaliforniya ştatında 6 insanı öldürən Elliot Roceri təqdir etdiyi məlum olub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə ABŞ KİV yazır.
Bildirilir ki, avtomobilin sürücüsü qadınlara nifrət etdirmiş.
Polisdən verilən məlumata görə, aprelin 25-də terror aktlın törətməzdən əvvəl Minasyan Facebook hesabında Roceri təqdir edən fikir paylaşıb.
Facebook şirkəti Minasyanın hesabını silib. Qeyd edilib ki, Minasyanın qurbanlarının əksəriyyəti 20-80 yaş arası qadınlar olub.
Xatırladaq ki, hadisə zamanı 10 nəfər həlak olub, 14 nəfər yaralanıb.
Əli Məmmədov
www.ÇıxışYolu.Com