Kanadanın baş nazirindən yeni evlərin tikintisini asanlaşdıran unikal təklif
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kanadanın Baş naziri Castin Trüdo ölkədə yeni evlərin tikintisini asanlaşdıran
və ucuzlaşdırmağa yönəlmiş tədbirləri açıqlayıb.
Qeyd olunur ki, əsas diqqət yığma modul mənzillərə yönəldilib.
O, tikinti materiallarının çatışmazlığı problemini həll etmək üçün onları 3D
printerdə çap etməyi təklif edir.
Hökumət innovativ mənzil texnologiyaları və materiallarını qəbul etmək üçün
nəzərdə tutulmuş yeni fonda 50 milyon Kanada dolları (36,8 milyon dollar)
ayıracaq. Daha 50 milyon Kanada dolları modul və taxta konstruksiya, robot
texnikası, 3D çap və avtomatlaşdırma yolu ilə mənzillərin modernləşdirilməsinə
sərf olunacaq.
Bu və digər tədbirlər aprelin 16-da büdcə planına daxil ediləcək.
Xatırladaq ki, Trüdo 2023-cü ildə Kanadada artan mənzil qiymətlərinə görə
tənqid atəşinə tutulub.
Mənbə: Bloomberg