c3382ac9-db6a-42e4-bf33-f2248db6d443..jpg

Kann festivalına təqdim etdiyi filmə görə həbs cəzası verilən rejissor İrandan qaçdı – FOTO

Baxış sayı: 720 dəfə baxılıb.

Kann festivalına təqdim etdiyi filmə görə həbs cəzası verilən rejissor İrandan
qaçdı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda səkkiz il müddətinə azadlıqdan məhrum edilən məşhur kinorejissor
Məhəmməd Rəsulof gizli şəkildə İranı tərk edərək Avropaya gedib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə o özünün
“Instagram” hesabında paylaşım edib və ölkədən çıxmasına kömək edənlərə
təşəkkürünü bildirib.

O, Avropanın hansı ölkəsində olduğunu açıqlamayıb.

Rejissor bildirib ki, bundan sonra İranın coğrafi sərhədlərində olmasa belə,
İranın mədəni sakini olaraq qalır.

Xatırladaq ki, mayın 8-də Tehranın İnqilab Məhkəməsi Berlin Film Festivalının
qalibi olan rejissoru tənqidi film çəkdiyi üçünhəbs cəzasına məhkum edib
və həmin filmin ölkənin təhlükəsizliyinə qarşı
cinayət törətmək məqsədilə hazırlandığını iddia edib.

Source link