“Kann” kinofestivalında qeyri-adi – QADAĞA

“Kann” kinofestivalında qeyri-adi – QADAĞA

Baxış sayı: 3. 110 dəfə baxılıb.

Dünyanın ən önəmli film festivallarından biri sayılan “Kann”da bu il bəzi dəyişikliklər olacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə festivalın direktoru Tierri Fremauks Fransanın kino dərgisi “Le Film Français”ə danışıb.

İlk dəyişiklik filmlərin göstərildiyi zalların önündə qarışıqlıq yaranmaması üçün atılıb. Belə ki, bu ildən etibarən izləyicilərin qırmızı xalıda selfi çəkməsi qadağan olunub. Ancaq sözügedən qadağanın aktyorlar və filmin çəkiliş heyyətinə aid olub-olmamağı sual altındadır.

“Kann” kinofestivalında qeyri-adi – QADAĞA

Film tənqidçiləri tərəfindən qeyri-adi qadağa adlandırılan bu hərəkət indidən sosial şəbəkələrdə müzakirə olunub.

“Kann”da olan digər dəyişiklik isə rəsmi proqramda yer alan filmlərin qala gecəsindən öncə media nümayişinin aradan qaldırılmasıdır.

Fremauks bildirib ki, bu qadağalar qala gecələrini daha həyəcanlı və möhtəşəm edəcək.
Qeyd edək ki, “Kann” kinofestivalı bu il 8-19 may tarixləri arasında keçiriləcək.

.
www.ÇıxışYolu.Com