Amerikalı repçi Kanye Uest Şimali Amerikadakı çoxəsrlik köləliyi qaradərililərin şəxsi seçimi adlandırıb.
ÇıxışYolu.Com xəbər verir ki, o, bu sözləri TMZ telekanalına açıqlamasında deyib.
“Köləlik 400 il davam edib. 400 il? Bu seçim kimi səslənir”, – Uest deyib.
O əlavə edib ki, köləliyin psixoloji nəticələri indiyədək afroamerikalıları izləyir.
“Biz zehni olaraq həbsxanadayıq. Mənə “həbsxana” sözü daha çox xoşdur. Köləlik qaradərililərin ideyası ilə birbaşa əlaqəlidir. Holokost deyəndə yəhudilər başa düşüldüyü kimi, köləlik deyəndə qaradərililər nəzərdə tutulur”, – repçi bildirib.
Bu fikirlərindən sonra repçi “Twitter” hesabında onu düzgün başa düşmədiklərini yazıb.
“Mən onu nəzərdə tuturdum ki, biz daha 400 il kölə ola bilmərik. Bizə fikir azadlığı lazımdır”, – o qeyd edib.