8e75ba55-8990-469c-b0b5-4ad107baeed6.jpg

Kanye Uest və ictimaiyyət qarşısına daim yarıçılpaq çıxan Byanka Sensori boşanır

Baxış sayı: 34 dəfə baxılıb.

Məşhur rep ifaçısı Kanye Uest və ictimaiyyəti ekstravaqant hərəkətləri ilə
şoka salan həyat yoldaşı Byanka Sensori iki illik nikahdan sonra boşanmağa
hazırlaşırlar.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə TMZ nəşri öz mənbələrinə istinadən
xəbər verib.

İnsayderlərin məlumatına görə, ulduz cütlüyün münasibətlərində böhran yaranıb
və onlar bir neçə həftə əvvəl dostlarına ayrıldıqlarını bildiriblər. Byanka
ailəsi ilə vaxt keçirmək üçün Avstraliyaya gedib, Kanye isə Tokioda tək görünüb.

Qeyd edək ki, Kanye Uest və Byanka Sensori 2022-ci ilin dekabrında Kaliforniya
ştatının Palo Alto şəhərində gizli şəkildə evləniblər. Bundan sonra cütlük,
demək olar ki, həmişə birlikdə görünüb. Byanka ekstravaqant obrazları ilə daim
ictimaiyyətin diqqətini cəlb edib: o, tez-tez ictimaiyyət qarşısına alt
paltarında, ayaqyalın, yarışəffaf bodilərdə və ya sinəsində yastıqla çıxıb. Bu
cür davranış hətta İtaliyada istirahət zamanı cütlüyün Venesiyada qayıqla
gəzintisinin qadağan edilməsinə səbəb olub.

Byanka Sensorinin atası Leo Sensori qızının açıq-saçıq obrazlarından
narazılığını və narahatlığını ifadə edib. O hesab edirdi ki, reper qızı
nəzarətdə saxlayır və onu doğmalarından tamamilə uzaqlaşdırmağa çalışır.
Məlumata görə, Sensori ailəsi musiqiçinin onu, demək olar ki, çılpaq şəkildə
ictimaiyyət qarşısına çıxarmasını ağrı ilə izləyib. Leo Censori bildirib ki,
reper onların ailəsinə zərər verir və onun sevimli qızını aşağı keyfiyyətli
bazar malına çevirir.

Kanye Uest ilə münasibətlərə başlamazdan əvvəl Byanca Sensori reperin “Yeezy”
brendinin komandasında işləyib.

Ayrılığın kimin təşəbbüsü ilə baş verdiyi hələ məlum deyil.

Source link