c23e0bcd-fc56-453f-98ee-37510485f502.jpg

“Kapitan Cek Sparrou”dan İspaniyada xəstəxanada kiçik pasiyentlərə sürpriz

Baxış sayı: 29 dəfə baxılıb.

Hollivud aktyoru Conni Depp İspaniyada rejissoru olduğu “Modi – Three Days on
the Wings of Madness” premyerası üçün getdiyi San-Sebastian film festivalında
olarkən, xeyirxah bir iş üçün də vaxt tapıb. Belə ki, “Karib dənizinin
quldurları” film seriyasından məşhur personajı “Cek Sparrou”nun kostyumunu
geyinən Depp uşaq xəstəxanasına baş çəkib.

Cixisyolu.com-ın KinoTV-yə istinadla verdiyi məlumata görə, sosial şəbəkələrdə
bununla bağlı kadrlar paylaşılıb.

“Kapitan Cek Sparrou”dan İspaniyada xəstəxanada kiçik
pasiyentlərə sürpriz
“Kapitan Cek Sparrou”dan İspaniyada xəstəxanada kiçik pasiyentlərə sürpriz

Bildirilir ki, aktyor xəstəxananın pediatriya və onkologiya şöbələrindəki
kiçik xəstələrlə ünsiyyət qurub, oynayıb və onları əyləndirərək vaxt keçirib.

Qeyd edək ki, bu, Conni Deppin “Cek Sparrou” obrazında uşaq xəstəxanalarına
baş çəkdiyi ilk hal deyil. Daha əvvəl aktyor ABŞ-nin bir neçə şəhərində,
həmçinin Paris, Vankuver, London və Brisbeyndəki tibb müəssisələrində Kapitan
kostyumunda görünüb.

Xatırladaq ki, “Karib dənizinin quldurları” franşizasının yaradıcıları hələ də
Conni Deppin “Cek Sparrou” roluna qayıtmasında maraqlıdırlar.

Source link