“Karabax” klubu fəaliyyətini rəsmən başa vurub

Baxış sayı: 2. 668 dəfə baxılıb.

“Karabax” klubu fəaliyyətini rəsmən başa vurub

Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən “Karabax” klubu fəaliyyətini dayandırıb.

ÇıxışYolu.Com xəbər verir ki, “Karabax” misirli Mustafa Elnimrə məxsus olan “Mauerverk” şirkəti tərəfindən alınıb.

Buna görə klubun İdarə Heyətinin tərkibi və adı dəyişdirilib. 2-ci Liqada fəaliyyət göstərən klub bundan sonra “Mauerverk” adlanacaq. Klub sonuncu dəfə iyunun 30-da “Karabax” adı ilə “Ştadlau” komandası ilə son matçını keçirib.

Qeyd edək ki, bu klub 2014-cü ildə Orxan Vəliyev adlı azərbaycanlı tərəfindən açılmışdı. Bu komandada Avstriya türkləri ilə yanaşı, Dmitri Nağıyev, Elvin Bədəlov, Emil Fərzəliyev kimi azərbaycanlı futbolçular çıxış edirdi. Artıq Dmitri Nağıyev “Sumqayıt” klubu ilə bir illik müqavilə bağlayıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com