Sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri həyata keçirilir.
AzadMedia.az məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb. O, bildirib ki, sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir. Hazırda nazirlik də həmin qərarı gözləyir: “Biz Operativ Qərargahın qərarını gözləyirik. Hələ ki, belə bir qərar verilməyib”.
DİN-dən həmçinin bildirilib ki, hazırda həmin postlarda heç bir hazırlıq işi görülmür.