Karate millimizin baş məşqçi postuna ukraynalı gətirilib

Baxış sayı: 2. 922 dəfə baxılıb.

Karate millimizin baş məşqçi postuna ukraynalı gətirilib

Karate üzrə qadınlar millimizin baş məşqçi postunda dəyişiklik olunub.

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun ÇıxışYolu.Com-a verdiyi xəbərə görə, qadın millimizin baş məşqçisi vəzifəsinə ukraynalı Denis Morozov təyin edilib.

O bu postda Anar Allahverdiyevi əvəzləyib. Bu dəyişiklik Allahverdiyevin həm də yeniyetmə və gənclər millimizin baş məşqçisi olması və bu üzdən işlərinin çoxluğu ilə əlaqədardır.

Qeyd edək ki, Denis Morozov həm də dünya çempionumuz İrina Zaretskayanın şəxsi məşqçisidir.

Səbuhi MUSAYEV