Karate üzrə “Qara dəniz” və “Xəzər dənizi” açıq turniri keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron Olimpiya İdman Kompleksində karate üzrə “Qara dəniz” və “Xəzər dənizi”
açıq turniri keçirilib.
“Report” xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində
fəaliyyət göstərən Milli Karate Federasiyasının klublarından biri olan
Azərbaycan Karate Təşkilatının keçirdiyi yarışda AKF-in vitse-prezidenti Rəhman
Hətəmov, baş katib Qabil Sayadov, hakimləır komitəsinin sədri Oqtay Məmmədov,
klubun rəhbəri Rənad Əliyev və digər fəxri qonaqlar iştirak ediblər.
Yarışda müxtəlif yaş kateqoriyaları üzrə 52 klubun 700-ə yaxın idmançısı
mübarizə aparıb. İştirakçı komandaların 18-i turnirə bölgələrdən qatılıb. Rəsmi
açılış mərasimindən sonra həlledici görüşlər baş tutub. Sonda qaliblər diplom
və medallarla təltif ediliblər.
Qeyd edək ki, AKF-in nəzdindəki bütün federasiyalar bu il dünya
çempionatlarında təmsil olunacaqlar.