a0080db1-dd73-4ef0-8d49-f0ff0dc50dc0..jpg

Karavayev: “Rusiya hərbçiləri Xersonda Ukrayna futbolçusunun valideynlərini qaçırmaq istəyiblər”

Baxış sayı: 682 dəfə baxılıb.

Karavayev: “Rusiya hərbçiləri Xersonda Ukrayna futbolçusunun valideynlərini
qaçırmaq istəyiblər”

“Xersonun işğalı zamanı Rusiya hərbçiləri İtaliyanın “Speziya” komandasının və
Ukrayna millisinin yarımmüdafiəçisi Viktor Kovalenkonun ailəsini qaçırmaq
istəyiblər”.

Bu barədə “Dinamo”nun müdafiəçisi Aleksandr Karavayev bildirib.

Karavayev müharibə zamanı Ukrayna futbolundan bəhs edən filmdə bu barədə
danışıb.

“Elə bir hal olub ki, işğalçılar Kovalenkonun yaşadığı həyətə gəliblər.
Qonşulardan Kovalenkonun ailəsinin harada yaşadığını soruşublar. Belə başa
düşürəm ki, onları qaçırıb fidyə tələb etmək istəyiblər”, – deyə Karavayev qeyd
edib.

Xatırladaq ki, Xerson ötən ilin martında Rusiya Federasiyasının Ukraynaya
qarşı genişmiqyaslı müharibəsinin lap əvvəlində rusiyalılar tərəfindən işğal
edilib. Noyabrın 11-də Ukrayna Silahlı Qüvvələri Xersonu Rusiya işğalından azad
etməyə müvəffəq olublar.

Mənbə: ZN.ua

Source link