Məşhur amerikalı repçi Kanye Uest bəyan edib ki, ABŞ prezidentliyinə namizədliyini irəli sürməyə hazırdır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Power 92.3 FM radiostansiyasının verilişinə istinadən Fox News məlumat yayıb.
Uestin sözlərinə görə, o niyyətində ciddidir və 100% namizədliyini irəli sürəcək.
Bundan başqa, o, hazırkı dövlət başçısı Donald Trampı dəstəkləməyə çağırıb.
Qeyd edək ki, rəqibləri tərəfindən tənqid olunmasına baxmayaraq, Uest dəfələrlə Trampı dəstəkləyib.
Digər amerikalı məşhur, erməni əsilli Kim Kardaşyanın həyat yoldaşı olan Uest bu gun ABŞ-ın ən varlı musiqiçlərindən biri hesab olunur.