0346a443-094d-48b5-8cdd-eecc61d39c13..jpg

Karl Universitetinin tələbəsi: “Mən hər gün atışma olan ərazidən keçirəm” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 566 dəfə baxılıb.

Karl Universitetinin tələbəsi: “Mən hər gün atışma olan ərazidən keçirəm” –
MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində atışma
xəbəri bütün dünyanı sarsıtdı. İstintaq zamanı
məlum oldu ki, hadisə terrorizm və mütəşəkkil cinayətkarlıqla bağlı olub.
Tələbələr, o cümlədən Karl Universitetinin Hüquq fakültəsinin birinci kurs
tələbəsi olan həmyerlimiz Elcəfər hələ də bu dəhşətli hadisənin təsirindən çıxa
bilmirlər.

Media.Az

-la söhbətində həmyerlimiz olan gənc həmin gündə baş verənlərdən danışıb.

– Siz atışmanın şahidi oldunuz?

– Xoşbəxtlikdən bu faciənin şahidi olmadım. Atışma başlayanda mən universitetə
gedirdim, dərslərim yaxınlıqdakı binada keçirilməli idi. Hələ metroda olanda
elan verildi ki, qatar Karl Universitetinin yerləşdiyi stansiyada dayanmayacaq.
Baş verənlər barədə qrup yoldaşlarımızla söhbət çatından xəbər tutdum.
Tələbələr yazırdılar ki, atışma səsi eşidilir, lakin heç kim nə baş verdiyini
anlamırdı. Bildiyimə görə, hadisəni törədən şəxs optik nişangahı olan AR-15
avtomatı ilə damdan atəş açıb. Mən hər gün bu yoldan keçirəm.

– Məlum olduğu kimi, atəş açan şəxs həmin universitetdə təhsil alıb. Bəlkə siz
onu tanıyırdınız və ya onun haqqında nəsə bilirdiniz?

– Mən onu tanımırdım. Bildiyimə görə, o, Karl Universitetinin fəlsəfə
fakültəsində təhsil alıb. Həmçinin məlum olub ki, həmin dəhşətli günün səhəri
o, atasını güllələyib. Buna səbəb cinayətkarın psixi problemlərinin olması ilə
bağlıdır. Bu hadisələrdən iki həftə əvvəl Praqa yaxınlığındakı Klanoviski
meşəsindəqətl törədilib – naməlum şəxs bir kişi və uşağını güllələyib. O zaman
qatil tapılmadı, dəlillər də aşkar edilmədi. Bu gün polis elan edib ki, çox
güman, bu cinayət eyni şəxs tərəfindən törədilib.

– Ölənlər arasında sizin tanışlarınız varmı?

– Xoşbəxtlikdən, yox. Mən özüm Hüquq fakültəsində oxuyuram, amma Fəlsəfə
fakültəsində tanışlarım var. Onlardan biri həmin gün xəstələnib və mühazirələrə
getməyib, ikincisi isə mənim kimi, yolda olub. Bəzi qrup yoldaşlarımın dərsləri
Fəlsəfə fakültəsinin binasında keçirilir, amma elə alınıb ki, həmin vaxt
onların heç biri bu ərazidən keçməyib.

– Hazırda universitetdə və ümumilikdə şəhərdə vəziyyət necədir?

– Təbii ki, istər təhsil müəssisəsində, istərsə də bütün ölkədə hər kəs
şokdadır. Çexiyada əvvəllər belə cinayətlər olmayıb, ona görə də heç kim belə
faciə gözləmirdi.

– Universitetdə hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi ilə bağlı
məlumatınız varmı?

– Karl Universiteti dərhal elan etdi ki, təhlükəsizlik tədbirlərini
gücləndirəcək. Baxmayaraq ki, mənim fikrimcə, əvvəllər bu tədbirlər ümumiyyətlə
yox idi. Hər kəs təhsil müəssisəsinin binasına sərbəst girə bilərdi, heç kim
heç kimi yoxlamırdı. Üstəlik də bu, turistlərin tez-tez ziyarət etdiyi tarixi
bir binadır. Bizə konkret olaraq hansı tədbirlərin görüləcəyi deyilməyib. Ola
bilsin ki, hava limanında olduğu kimi, girişdə xüsusi skaner cihazı
quraşdırılacaq. Çexiyanın bəzi universitetlərində artıq belə texniki cihazlar
var.

– Necə düşünürsünüz, bu cür hadisələrin qarşısını almaq üçün təhsil
müəssisələrində hamının üzərini yoxlamaq lazımdırmı?

– Fikrimcə, belə cinayətkarlar hər zaman silah keçirməyin bir yolunu
tapacaqlar. Əgər bir fakültədə belə skanerlər olarsa, cinayətkarlar sadəcə
olaraq bu cihazların olmadığı yerə gedəcəklər. Düşünürəm ki, bu cür
cinayətlərin qarşısını almağın ən düzgün yolu psixoloji yardım xidmətlərinin
daha əlçatan olmasını təmin etməkdir. Çexiyada psixoloqlar və psixiatrlar çox
azdır, lakin həm bu ölkədə, həm də digər ölkələrdə psixi sağlamlığı olmayan
şəxslərin sayı çoxdur. Təəssüf ki, səhiyyə sistemi hər kəsə kömək göstərilməsi
ilə bağlı yetərli şəkildə fəaliyyət göstərə bilmir.

Qeyd edək ki, fakültədə baş verən atışma nəticəsində 15 nəfər ölüb, 30 nəfər
yaralanıb.

Source link