“Renault-Nissan-Mitsubishi” alyansının sabiq rəhbəri Karlos Qon Fransa şirkətinin vəsaitindən 3 mln dollardan artıq mənimsəməkdə şübhəli bilinir. Bu barədə “Asahi” xəbər verir.
Nəşrin məlumatına əsasən, Qon 2017-ci ildə “Renault”nun prezident fondundan 3,25 mln dollar mənimsəyib.
Bildirilir ki, Qon bunu 6,5 mln dollar ötürmə edərkən, dələduzluq sxemi ilə həyata keçirib.
Göstərilən məbləğ müqavilədə qeyd edilmədən, bonus qismində ötürülüb.