Karlos Sayns “Formula-1” Avstraliya Qran Prisinin qalibi olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ferrari” komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada
“Formula-1” çempionatının üçüncü mərhələsinin qalibi olub.
Yarış Melburndakı Albert Park trekində baş tutub.
Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü
“Maklaren”dən britaniyalı Lando Norris tamamlayıb.
Hazırkı dünya çempionu, “Red Bull” komandasının niderlandlı pilotu Maks
Ferstappen isə dördüncü dövrədə əyləc diskinin yanması səbəbindən yarışdan
kənarda qalıb. Həmçinin “Mersedes”in britaniyalı pilotları Lyuis Həmilton və
Corc Rassel də yarışı tamamlaya bilməyiblər.
Qeyd edək ki, “Formula-1”in növbəti mərhələsi aprelin beşindən yeddisinədək
Yaponiyada keçiriləcək.
Mənbə: TASS