95e3c1b9-19ea-4bfc-b4b8-25dc4b03ff71..jpg

Karseladze: “Gürcüstanla Azərbaycan arasında avtomobil yolunun bir hissəsi inşa edilib”

Baxış sayı: 687 dəfə baxılıb.

Karseladze: “Gürcüstanla Azərbaycan arasında avtomobil yolunun bir hissəsi
inşa edilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tbilisi-Saqareco (Kaxeti) istiqamətində yeni magistral yolun tikintisi
çərçivəsində dörd kilometrlik Vaziani yolunun inşası başa çatıb”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın regional inkişaf və infrastruktur
naziri İrakli Karseladze deyib.

Onun sözlərinə görə, yol Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə
birləşdirən tranzit dəhlizinin bir hissəsidir:

“Kaxeti magistralının ilk dörd kilometrlik hissəsi artıq nəqliyyat vasitələri
üçün açılıb. Bu da Kaxeti magistralının tikintisində mühüm irəliləyişin
sübutudur”.

Qeyd edək ki, Tbilisi-Saqareco magistralı Tbilisi ilə Kaxetini birləşdirən
əsas avtomobil yolunun, eləcə də Azərbaycanın şimal-qərb regionunu birləşdirən
tranzit dəhlizinin bir hissəsidir. Vaziani yolu layihəsini Gürcüstan şirkəti
həyata keçirib.

Tbilisi-Saqareco avtomobil yolunun qalan 31 kilometrlik hissəsinin inşası
davam etdirilir. Onun tikintisinin 2024-cü ildə başa çatdırılması
planlaşdırılır. Avtomobil yolunun tikintisi Gürcüstanın dövlət büdcəsi hesabına
maliyyələşdirilir. Layihənin ümumi dəyəri 527,2 milyon laridir.

Source link