Karyakin Məmmədyarovu evinə dəvət etdi

Karyakin Məmmədyarovu evinə dəvət etdi

Baxış sayı: 7. 989 dəfə baxılıb.

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin keçirildiyi Almaniyanın paytaxtı Berlindən vətənə qayıtmayacaq.

ÇıxışYolu.Com-ın xəbərinə görə, o, Rusiyanın paytaxtı Moskvaya gedəcək.

Belə ki, rusiyalı şahmatçı Sergey Karyakin onu Moskvaya dəvət edib. Məmmədyarov bir gün Moskvada onun evində olacaq, Karyakinlə şəhər gəzintisinə çıxacaq.

Qeyd edək ki, Sergey Karyakin də Şəhriyar Məmmədyarov kimi İddiaçılar Turnirində 8 xal toplayıb və II-III yerləri bölüşdürüb. 

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com