Türkiyədə qətlə yetirilən Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçının ölümündə şübhəli bilinən və İstanbulda saxlanılan BƏƏ casuslarından biri həbsxanada intihar edib.
Aksam.com.tr xəbər verir ki, məsələ ilə bağlı İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, Zaki Hasanın cəsədi dünən saxlanıldığı həbsxananın hamam otağında asılı vəziyyətdə aşkar edilib.
Qeyd edək ki, Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi iddia olunur.
Həmin qətldə şübhəli bilinən və BƏƏ vətəndaşı olan iki nəfər bir neçə gün öncə İstanbulda saxlanılıb. Onların cinayətlə əlaqəsi araşdırılır.
Samir İsayev