Kaşıkçının qətlində şübhəli bilinən beş nəfərin edamı tələb olundu

Baxış sayı: 2. 314 dəfə baxılıb.

Kaşıkçının qətlində şübhəli bilinən beş nəfərin edamı tələb olundu

Səudiyyə Ərəbistanında Camal Kaşıkçı cinayət işini aparan prokuror Saud al-Mojeb qətldə ittiham edilərək saxlanılan 11 şübhəlidən beşinin edamını istəyib.

ÇıxışYolu.Com “Hürriyet”ə istinadən xəbər verir ki, prokuror C.Kaşıkçının ölümündə boğuşma, öldürücü dozada dərman verilməsi faktlarının olduğunu, daha sonra cəsədin parçalara ayrılaraq Konsulluqdan çıxarıldığını vurğulayıb. 

O bildirib ki, Səudiyyə Ərəbistanına dönməsi üçün səylər baş tutmadığından jurnalist öldürülüb.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Kaşıkçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. 

www.ÇıxışYolu.Com