“Porto” klubunun oyunçuları və məşqçi heyəti xəstəxanada müalicə olunan qapıçı İker Kasilyasın yanına gəliblər.
Klubun rəsmi saytında bildirilir ki, xəstəni ziyarət edənlər Kasilyasın adı olan sviterlər geyiniblər.
Aksiya qapıçıya mənəvi dəstək xarakteri daşıyıb.
“Porto” kapitanı Ektor Erreranın sözlərinə görə, Kasilyasın vəziyəti yaxşıdı və o, artıq gələn həftə kluba qayıdacaq.
Qeyd edək ki, mayın1-də Kasilyas məşq zamanı infarkt keçirib.