Kasko sığorta hansı hallarda dəymiş zərəri qarşılamır? – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avtomobilini kasko sığorta etdirənlərə bəzi hallarda sığorta təminatı
verilməyə bilər.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan sığorta eksperti
Vüsal Bədəlov deyib ki, bu məsələ müvafiq qanunla tənzimlənir.
Qanun bəzi hallarda sığortaçıya dəymiş zərərin ödənilməməsi hüququnu verir.
Oxşar yanaşma daşınmaz əmlakın da könüllü sığortasında tətbiq edilir. Burada
da mülk sahibi müqavilədə qeyd edilən bəzi hallarda sığorta pulu almaq hüququnu
itirir.
Həmçinin kasko sığorta edilən avtomobilə hadisə zamanı dəyərinin 70%-dən çox
zərər dəyərsə, daşınmaz əmlak isə hadisə zamanı təmirə yararsız vəziyyətə
düşərsə, bu zaman sığorta şirkəti təminat məbləğini tam ödəməlidir.
Ətraflı süjetdə: