2d400d81-6ef3-43be-b17e-32ee20b0fa61..jpg

Kataloniya derbisində hərəyə bir qol, bir “qırmızı” və bir xal – VİDEO

Baxış sayı: 3. 713 dəfə baxılıb.

Kataloniya derbisində hərəyə bir qol, bir “qırmızı” və bir xal – VİDEO

İspaniya La Liqasının XV turu Kataloniya derbisi ilə əlamətdar olub.

Cixisyolu.com xəbər verir ki, “Barselona” “Kamp Nou”da “Espanyol”u qəbul edib.

Olduqca gərgin, maraqlı mübarizə şəraitində keçən qarşılaşmada baş hakim Migel
Mateu Lahoz iki komandadan ümumilikdə 10 oyunçuya sarı, iki futbolçuya isə
qırmızı vərəqə göstərib.

Hərəyə bir qol vuran tərəflər hərəyə bir xalla kifayətləniblər.

Qolları “Barselona”nın heyətində 7-ci dəqiqədə Markos Alonso, “Espanyol”da isə
73-cü dəqiqədə penalti zərbəsi ilə Xoselu vurub.

Bu nəticə ilə xallarının sayını 38-ə çatdıran “Barsa” “Real”la eyni xala malik
olsa da, liderliyini davam etdirib. “Espanyol” isə 13 xalla 16-cı pillədə
qərarlaşıb.


Source link