Kataloniyanın separatçı lideri Karles Puçdemon, istefa verdiyini elan edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “La Vanguardia” Puçdemonun vidomüraciətinə istinadən məlumat yayıb.
O, Belçikada qalacağını bildirib və Kataloniyaya hal-hazırda dəmirbarmaqlıqlar arxasında olan siyasətçi Jordi Sançesin başçılıq etməsini təklif edib.
Puçdemonun sözlərinə görə, İspaniyanın adı çəkilən muxtar bölgəsinin başçılığına namizədin seçilməsi üçün parlament qrupları arasında ən qısa zamanda dialoqun başlanılmasını xahiş edib.
Puçdemon bildirib ki, Sançesin namizədliyi indiki şəraitdə yeni hökumət haqqında ortaq məxrəcə gəlmək üçün yeganə vasitədir.
Xatırladaq ki, bundan əvvəl İspaniya məhkəməsi Puçdemonun sürgündə olsa belə Kataloniya bölgəsinə başçılıq etməsinə qadağa qoyub.