İngiltərədə “Mançester Siti” klubunun ispaniyalı baş məşqçisi 20 min funt sterlinq cərimələnib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Buna səbəb Qvardiolanın iradlara məhəl qoymayaraq, yaxasından Kataloniyanın müstəqilliyinə dəstək olaraq sarı lent asmasıdır.
İngiltərə Futbol Asossiasiyası həmin lenti siyasi simvolika hesab edir.
Futbol Asossiasiyası qeyd edir ki, Qvardiolanın bu şəkildə stadiona gəlməsi ispan azarkeşlərdə qıcıq oyadır. Onun sarı lenti faşistlərin svastikası və Davudun ulduzu ilə müqayisə olunur.
Qvardiola sanksiyalardan qorxmadığını və asossiasiyanın onun bu jestini anlayacağına heç ümid bəsləmədəyini deyib.
“Hər halda onların da öz qaydaları var və bu qaydalara əməl etməlidirlər”, – deyə baş məşqçi bildirib.