Kavani Fransa ilə oyunda iştirak etməyə bilər

Baxış sayı: 2. 780 dəfə baxılıb.

Kavani Fransa ilə oyunda iştirak etməyə bilər

Uruqvay yığmasının hücumçusu Edinson Kavani dünya çempionatının ¼ finalı çərçivəsində Fransa ilə oyunda iştirak etməyə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “L`Equipe” nəşri məlumat yayıb. 

Məlumatlara görə, məşqçilər korpusu futbolçunun oyuna çıxıb-çıxmayacağı ilə bağlı hələlik yekun qərar verməyiblər. 

Kavani iyunun 30-da Portuqaliya yığmasına qarşı keçirilən oyun zamanı Uruqvaya qələbə gətirən 2 qolun müəllifi olub və ikinci hissədə zədənələnərək meydanı tərk edib. 

Uruqvay-Fransa oyunu iyulun 6-sı Bakı vaxtı ilə 18.00-da başlayacaq.

www.ÇıxışYolu.Com