Kavtar Najib: “Şuşa şəhərinin böyük tarixi dəyəri var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Şuşa şəhərinin böyük tarixi və mədəni dəyəri var”.
Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşına Liverpul Universitetinin
müəllimi doktor Kavtar Najib məlumat verib.
“Bu yerləri ziyarət etməkdən çox şadam. Burada şəhərin tarixlə güclü əlaqəsini
hiss etdim. Məscidi ziyarət etməkdən çox məmnun oldum. Bura yenidən qayıtmağa
çox şad olardım. Bu yerlərin zəngin tarixi və gözəlliyi füsunkardır”, – deyə o
bildirib.