97c20e2d-3412-40eb-926a-9303f49035f9..jpg

Kayseri şəhərindəki Xocalı parkında “Şuşa” Azərbaycan Evinin açılışı olub – YENİLƏNİB + FOTO

Baxış sayı: 834 dəfə baxılıb.

Kayseri şəhərindəki Xocalı parkında “Şuşa” Azərbaycan Evinin açılışı olub –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında “Şuşa” Azərbaycan Evinin
açılışı keçirilib.

“Report”un məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət
Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda
xüsusi nümayəndəsi Aydın Kərimov, Kayseri bələdiyyə sədri Memduh Büyükkılıç,
Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, AKP-nin Kayseridən seçilən
millət vəkilləri – Bayar Özsoy və Murad Cahid Cingi, Ərciyəz Universitetinin
professoru, “Şuşa” Azərbaycan Evinin təsisçi idarə heyətinin üzvü Havva Selçuk
Kurt, “Şuşa” Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov, Ərciyəz Universitetinin
azərbaycanlı müəllimləri və digər soydaşlarımız, eləcə də yerli sakinlər
iştirak ediblər.

Havva Selçuk Kurt “Report”un Türkiyə bürosuna deyib ki, mərkəz Azərbaycan və
Türkiyə arasında əlaqələrin daha yaxşı səviyyələrə çatmasına və iki dövlətin
qardaşlığının möhkəmlənməsinə töhfə verəcək:

“Bir millət, iki dövlət” prinsipi ilə qardaşlığın möhkəmlənməsi üçün belə
fəaliyyətlər bundan sonra da olacaq”.

Havva Selçuk Kurt “Şuşa” Azərbaycan Evinə bitişik ərazidə Azərbaycanın Qarabağ
bölgəsinin Xocalı şəhərində 1992-ci ildə Ermənistan hərbçiləri tərəfindən qətlə
yetirilmiş 613 dinc sakinin adlarının qeyd edildiyi Xocalı Şəhidləri abidəsinin
olduğunu da vurğulayaraq deyib ki, kayserililər Azərbaycan bayrağının Şuşa ilə
qardaş şəhər Kayseridə dalğalandırılmasından böyük qürur duyur.

Kayseri bələdiyyəsinin sədri Memduh Büyükkılıç açıqlamasında Azərbaycanın
timsalında Kayserini bütün türk dünyasının görüş yeri hesab etdiyini bildirib.
Bələdiyyə sədri bu cür fəaliyyətlərdə türk gəncliyinə böyük önəm verilməsinin
vacibliyini qeyd edib:

“Biz də yaxın gələcəkdə qardaş Şuşaya böyük heyətlə səfər edəcəyik”.

“Şuşa” Azərbaycan Evinin yerləşdiyi Talas rayon bələdiyyəsinin sədri Mustafa
Yalçın isə qeyd edib ki, ərazi 20 min kvadrat metrlik bir sahəni əhatə edir və
orada Xocalı parkı da salınıb.

“Şuşa” Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov bildirib ki, bu mərkəz həm də
DİDK-in və Talas bələdiyyəsinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.

Kayseri Böyük Şəhər Bələdiyyəsinin türk cəngavərliyini əks etdirən “Mehtər”
qrupunun təntənəli ifaları ilə başlayan tədbir iştirakçıların əksəriyyətinin
“Qarabağ” mahnısını şövqlə səsləndirməsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün Kayseri Mədəniyyət Mərkəzində tədbirin bədi hissəsi
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun iştirakı ilə davam
edəcək.

17:48

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında “Şuşa” Azərbaycan Evinin
açılışı keçirilir.

“Report”un Ankara bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayserinin Talas rayon
bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin tarix üzrə
professoru Havva Selçuk Kurt, musiqi nəzəriyyəsi üzrə professor Nigar Əsgərova
iştirak edirlər.

Qeyd edək ki, “Şuşa” Azərbaycan Evinin fəaliyyəti üçün Xocalı parkının
ərazisində xüsusi bina inşa edilib. Tədbirdən əvvəl parkda ucaldılan Xocalı
abidəsi ziyarət edilib.

Source link