“Kazbek” mahnısına görə nazirə və baş prokurora müraciət olundu – VİDEO

“Kazbek” mahnısına görə nazirə və baş prokurora müraciət olundu – VİDEO

Baxış sayı: 3. 737 dəfə baxılıb.

“Kazbek” mahnısına görə nazirə və baş prokurora müraciət olundu – VİDEO

Millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə əlaqədar baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib.

ÇıxışYolu.Com xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb. 

Millət vəkili mahnıya video çəkən, narkomanlığı təbliğ edən meyxananı səsləndirən və mahnıya rəqs edən şəxslərin məsuliyyətə cəlb edilməsi istəyir:

“Şəxsən Azərbaycan Respublikasının daxili işlər nazirinə və baş prokuroruna müraciət edirəm. Bu videonu çəkənləri, narkomaniyanı təbliğ edən belə bir meyxananı səsləndirənləri və burada atılıb-düşən narkoman fahişələri məsuliyyətə cəlb etmək barədə təcili tədbir görsünlər. Rəsmi müraciətim də olacaq. Bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rəğmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. 

Kim bu videonu bəyənibsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı…Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır”.