8b0276c4-5bf6-43e3-a540-1cb85fd8a580..jpg

Keçmiş ərindən Ebru Gündəşə qadağa: “Oxumayacaq!”

Baxış sayı: 1. 067 dəfə baxılıb.

Keçmiş ərindən Ebru Gündəşə qadağa: “Oxumayacaq!”

ABŞ-da yaşayan iranlı biznesmen Reza Zərrab keçmiş həyat yoldaşı və müğənni
Ebru Gündeşin onun müəllifi olduğu hit mahnıları oxumasına qadağa qoymağa
hazırlaşır.

O, bu barədə artıq vəkillərinə göstəriş də verib.

Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri Gündeşlə qızları Alara
üstündə qəyyumluq mübahisəsi göstərilir.

Qeyd edək ki, Reza Zarrab Təbriz şəhərində anadan olub və əslən
azərbaycanlıdır. O, Türkiyədə fərqli sahələrdə fəaliyyət göstərən holdinqin
sahibidir. Bundan başqa o, bəstəkarlığı ilə də tanınır.

Zərrab Ebru Gündeşlə yanaşı bir sıra məşhur müğənnilər üçün də arabesk mahnı
sözləri yazıb. Bunların arasında Sibel Canın oxuduğu “Eski Toprak” və İbrahim
Tatlısesin ifa etdiyi “Neden” mahnılarını xüsusi qeyd etmək olar.

Mənbə: Haber Global

Source link