7dd7e7a3-2283-45b9-93ef-e7afcbe42150..jpg

Keçmiş ərini öldürtmək istəyən məşhur türkiyəli model saxlanılıb – VİDEO

Baxış sayı: 341 dəfə baxılıb.

Keçmiş ərini öldürtmək istəyən məşhur türkiyəli model saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin sosial media seqmentində məşhur olan, model, bahalı gözəllik
mərkəzinin sahibi Ece Ronay saxlanılıb.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Qeyd olunub ki, beş nəfər silahlı şəxs Ece Ronayın tapşırığı ilə onun keçmiş
əri Mehmet Bilirin iş yerinə gedərək oraya atəş açmağa başlayıb.

Hadisədən dərhal sonra İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları əməliyyat keçirərək Ece Ronayı
və beş kişini saxlayıblar.

Əməliyyat zamanı hüquq mühafizə orqanlarının əməkdaşları Ece Ronayın evinə
daxil olaraq axtarış aparıblar.

Şübhəli şəxs qismində saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar
zamanı avtomat silah, tapança, 58 patron tapılaraq götürülüb.

Mənbə: Haber Global


Source link