9c7f0c0d-0b5c-431a-a163-30490d0ed1a6.jpg

Keçmiş arvadı Maykl Ceksonun şəxsi həyatı haqqında açıqlamaları ilə dünyanı şoka saldı: “Bakir idi”

Baxış sayı: 270 dəfə baxılıb.

Əfsanəvi Elvis Preslinin yeganə qızı və Maykl Ceksonun keçmiş həyat yoldaşı
Liza Mari Presli “Buradan böyük naməluma” adlı xatirələrində pop musiqisinin
kralı haqqında gözlənilməz təfərrüat paylaşıb.

Cixisyolu.com-ın Lenta.ru-ya istinadla verdiyi məlumata görə, ən şokedici faktlardan
biri Maykl Ceksonun 35 yaşına qədər bakir olduğunu etiraf etməsi olub.

Liza Presli musiqiçi ilə münasibətə başlamağa hazır olduğuna qəti qərar
verdiyi günü xatırlayıb. Həmin vaxtlar o, hələ aktyor Denni Kio ilə evli olub.

“Maykl dedi: “Bilmirəm fərqinə varmısan, ya yox, amma mən sənə vurulmuşam.
İstəyirəm ki, evlənək və məndən uşaqların olsun”. Mən dərhal heç nə demədim,
amma sonra cavab verdim: “Çox məmnunam, hətta danışa bilmirəm”. O vaxta qədər
mən də ona vurulduğumu hiss etmişdim”, – deyə Liza Mari bildirib.

Onun sözlərinə görə, Ceksonun həmin vaxtlar yaşı çox olsa da, heç bir qadınla
intim əlaqəsi olmayıb:

“Düşünürəm ki, o, Tatum O’Nil və Bruk Şildslə öpüşüb, Bruk Şildslə, həmçinin
eşq macərası da olub. O dedi ki, Madonna bir dəfə onunla yatmağa cəhd edib,
amma heç nə baş verməyib… Mən dəhşətə gəlmişdim, çünki səhv addım atmaqdan
qorxurdum”, – deyə Presli əlavə edib.

Qeyd edək ki, Maykl Cekson və Liza Mari Presli 1994-cü ildə – ilk görüşdən 20
ay sonra evləniblər. Onların nikahı cəmi 2 il davam edib, lakin hər ikisinin
həyatında silinməz iz buraxıb. Boşanmalarına baxmayaraq, onlar Ceksonun 2009-cu
ildə faciəli ölümünə qədər dostluq münasibətlərini qoruyub saxlayıblar.

Xatırladaq ki, Elvisin yeganə varisi 2023-cü ilin əvvəlində 54 yaşında vəfat
edib

. Səbəb – mədəkiçiltmə əməliyyatından sonra yaranan bağırsaq yapışmaları olub.
Baş verənlərdən sonra qızı Rayli Kio anasının xatirələrinin səs yazılarını
dinləyərək onun memuarlarını tamamlayıb.

Source link