e44c78bb-4109-4433-a1b3-794ab876d2bd..jpg

Keçmiş arvadını baltalayan şəxsə AĞIR CƏZA

Baxış sayı: 583 dəfə baxılıb.

Keçmiş arvadını baltalayan şəxsə AĞIR CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qubada keçmiş arvadını baltalamaqda
təqsirləndirilən Elşən Muradovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilib.

Qeyd edək ki, bu il aprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər
kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə Quba
Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 1984-cü
il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək
şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə
Gülnar Muradovanın baş nahiyəsinə iki dəfə zərbə endirib. Gülnar Muradovanın
yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən
Muradovanın stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən
o, cinayət əməlini başa çatdıra bilməyib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü
(xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi
başlanıb.

Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İttihama görə, o, arvadını qısqanclıq zəminində öldürməyə cəhd edib.

Source link