Keçmiş arvadını barışmadığına görə bıçaqlayan şəxsə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməyə cəhddə
təqsirləndirilən Samir Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə
hökm oxunub. Məhkəmənin hökmü o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il aprelin 18-də saat 14 radələrində Bakı şəhəri, Xətai
rayonu ərazisində 1990-cı il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə
rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1988-ci il
təvəllüdlü Samir Əliyevin şəxsi münasibətlər zəminində keçmiş arvadı Amilə
Vəliyevaya kəsici-deşici alətlə çox sayda xəsarət yetirərək qəsdən öldürməyə
cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci
(qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev
şübhəli şəxs qismində saxlanılıb. İttiham aktına əsasən, Samir Əliyev hadisədən
əvvəl keçmiş arvadı ilə yenidən barışmaq istəyib. Buna görə, o, görüş təyin
edib. Lakin qadın barışmaq istəməyib. Nəticədə Samir bıçaqla qadına xəsarətlər
yetirib.