d9e0b6db-9dd1-4942-8c10-5cad19909bae..jpg

Keçmiş arvadını boğaraq öldürən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Baxış sayı: 989 dəfə baxılıb.

Keçmiş arvadını boğaraq öldürən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Tərtərdə keçmiş arvadını boğaraq öldürməkdə təqsirləndirilən Səlim Əsədovun
barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum
cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Nazim Mövsümovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Əsədov 16 il müddətinə
azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Əsədov 2020-ci il sentyabrın 6-da Tərtər rayonunun Şıxarx
qəsəbəsində keçmiş həyat yoldaşı Röyalə Tağıyevanı boğaraq qətlə yetirib.

Məhkəmənin araşdırması zamanı məlum olub ki, S.Əsədov R.Tağıyeva ilə
boşanmalarına baxmayaraq, onunla dəfələrlə səbəbsiz şəkildə mübahisə edib və
ailə həyatına müdaxilə edib. 2020-ci il sentyabrın 6-da gecə saatlarında
əvvəlcədən planlayaraq əldə etdiyi ehtiyat açarla Röyalənin yaşadığı evə
girərək ona şiddət göstərib. Röyalə yuxudan ayılaraq keçmiş həyat yoldaşına
müqavimət göstərmək istəsə də, Səlim onun ağzından və boğazından tutub kürəyi
üstə yatdığı yerə uzadıb. Daha sonra başının altında olan yastığı ağzının
üzərinə, dizini isə bədəni üzərinə sıxmaqla Röyaləyə ağır zərbələr endirib və
qəsdən boğaraq öldürüb.

S.Əsədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən
adamöldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Röyalənin kiminləsə qeyri-rəsmi
münasibət saxlaması ilə bağlı şübhələr oyanıb.

Source link