99f7b5b9-3cdc-4b7c-9774-3abec666663f.jpg

Keçmiş arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı

Baxış sayı: 138 dəfə baxılıb.

Sumqayıt Apellyasiya Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən
Bəhruz Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə
iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm
dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM)
29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci
(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

Bəhruz Əliyevə 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 13 oktyabr 2022-ci il tarixdə saat 1 radələrində Abşeron
rayonu Xırdalan şəhərində qeydə alınıb. Belə ki, Bəhruz Əliyev qısqanclıq
zəminində keçmiş arvadı İ.Əliyevanı bıçaqlayıb. Kürək nahiyəsindən xəsarət alan
qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. İ

B.Əliyev saxlanılaraq istintaqa təhvil verilib. Sumqayıt Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə Bəhruz Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Source link