bbb76d26-ac31-4bcc-ae2b-b4d10c29c758..jpg

Keçmiş arvadını və övladlarını qumbara ilə partladıb öldürmək istəyən şəxs hökmdən şikayət edib

Baxış sayı: 595 dəfə baxılıb.

Keçmiş arvadını və övladlarını qumbara ilə partladıb öldürmək istəyən şəxs
hökmdən şikayət edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə
partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun barəsindəki
hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar
İbrahimovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 8-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən
birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan
imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat
yoldaşı ilə görüş tələb edib.

Partlayış səsinə qonşular gəliblər və dərhal polisə məlumat verilib. İntizam
Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş
ailə üzvləri qapını açmayaraq evdə gizləniblər. Nəcəfovla Əhmədovanın birgə
nikahından üç övladı var.

İ.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi
təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi
öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə,
başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi
başlanıb.

Source link