6a9ab3e8-6212-4c31-9b11-879ec08beebf..jpg

Keçmiş arvadını və övladlarını qumbara ilə partladıb öldürmək istəyən şəxslə bağlı QƏRAR

Baxış sayı: 695 dəfə baxılıb.

Keçmiş arvadını və övladlarını qumbara ilə partladıb öldürmək istəyən şəxslə
bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində 12 il öncə boşandığı həyat yoldaşını,
qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə
təqsirləndirilən İntizam Nəcəfovun barəsindəki hökmdən verilən apellyasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntizam Nəcəfov 11 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən
birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan
imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat
yoldaşı ilə görüş tələb edib.

Partlayış səsinə qonşular gəliblər və dərhal polisə məlumat verilib. İntizam
Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş
ailə üzvləri qapını açmayaraq evdə gizləniblər. Nəcəfovun Əhmədova ilə birgə
nikahdan üç övladı var.

İ.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi
təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi
öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə,
başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi
başlanıb.

Source link