Keçmiş arvadını yaraladı və ərini öldürdü: Gürcüstanda azərbaycanlıların
yaşadığı kənddə qanlı qarşıdurma
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər
kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.
Hadisə ötən gecə Saqarecoda (Kaxeti) baş verib. Cinayətin qadının keçmiş əri
tərəfindən törədildiyi bildirilir.
Məlumata görə, 35 yaşlı qadının vəziyyəti ağırdır, həkimlər onun həyatı üçün
mübarizə aparırlar.
“Qadının bədənində çoxlu yara var, ən böyüyü sağ bud nahiyəsindədir – açıq
sınıq yarasıdır. Pasiyent müvafiq hazırlıqdan sonra əməliyyat şöbəsinə
köçürüləcək. Ümumi vəziyyəti ağırdır, biz hər şeyin yaxşı bitməsini təmin etmək
üçün əlimizdən gələni edirik”, – deyə xəstəxananın həkimi Pavle Petriaşvili
jurnalistlərə bildirib.
Yerli sakinlərin sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə keçmiş arvadına
çoxsaylı xəsarət yetirib, daha sonra qadının hazırkı ərinə bir neçə dəfə atəş
açıb. 40 yaşlarında olan kişi yerindəcə keçinib.
Cinayətin nədən baş verdiyi məlum deyil. Əraziyə kriminal ekspertlər cəlb
ediliblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” və
“Öldürməyə cəhd” maddələri ilə istintaq başlanılıb.
Mənbə: Sputnik-georgia.ru