4b89a052-6386-42a5-8312-10f89075d685..jpg

Keçmiş bələdiyyə sədri 1,8 milyon manatlıq torpaq sahələrini ələ keçirməyə cəhd edib – YENİLƏNİB

Baxış sayı: 573 dəfə baxılıb.

Keçmiş bələdiyyə sədri 1,8 milyon manatlıq torpaq sahələrini ələ keçirməyə
cəhd edib – YENİLƏNİB

Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi üzrə ibtidai istintaq
Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.

Bəzi media qurumları tərəfindən Səbail Bələdiyyəsinin sabiq sədri Hüseynov
Əhməd Həsən oğlunun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli
miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin başlanmasına dair
dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan informasiya ilə bağlı
bildirilir ki, Əhməd Hüseynovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə
təqsirləndirilməsinə dair cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində
istintaq edilib.

İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət
və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq
sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına
əsaslı şübhələr müəyyən edilib.

Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və digər maddələri
ilə ittiham elan edilib və 27.12.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai
istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

10:02

Azərbaycanda keçmiş bələdiyyə sədrinə cinayət işi açılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Hüseynov Əhməd Həsən oğlu xüsusilə
külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan
vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Məhəmməd Əkbərovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Zərərçəkmiş qismində Səbail rayon bələdiyyəsi və İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınır.

Qeyd edək ki, Əhməd Hüseynovun adı illər əvvəl də cinayət əməlində hallanıb.
Belə ki, onun barəsində Səbail rayonu ərazisində qanunsuz torpaq satışı ilə
məşğul olması ilə bağlı məlumatlar yayılmışdı.

1947-ci il təvəllüdlü Əhməd Hüseynov əslən naxçıvanlıdır, əvvəllər polis
sistemində işləyib, istefada olan polis polkovnik-leytenantıdır. O, uzun müddət
Səbail rayon bələdiyyəsinin sədri vəzifəsində işləyib.

Source link