6a34942e-adf6-4e27-9b8f-deb57d8db48f..jpg

Keçmiş baş həkimin cinayət işinin bəzi detalları məlum olub – İTTİHAM AKTI

Baxış sayı: 735 dəfə baxılıb.

Keçmiş baş həkimin cinayət işinin bəzi detalları məlum olub – İTTİHAM AKTI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə
qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21
saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun
cinayət işinin bəzi detalları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki,
Rauf İsfəndiyarov 27 oktyabr 2011-ci il tarixdən Laçın rayon Mərkəzi
Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyul ayından
başlayaraq 2017-ci ilin may ayınadək olan müddətə öz qulluq mövqeyindən
istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini
israf etmə yolu ilə talayıb.

Bundan başqa, o, 28 aprel 2017-ci il tarixdən 21 nömrəli Birləşmiş şəhər
Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən
istifadə edərək aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz
Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini
2018-ci ilin aprel ayında ələ keçirərək təkrarən dələduzluq edib.

Eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək 136
adda şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial
müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi
verərək ümumilikdə 1.646.337,52 manat məbləğində pul vəsaiti ziyan vurub.
R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə
rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə
təkrarən vəzifə saxtakarlığı törətmiş, müəyyən tibb müəssisələrinin vəzifəli
şəxslərin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə
yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.

Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli
miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli
miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə),
32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə),
311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli
miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və
320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları
saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə)
maddələri ilə ittiham irəli sürülüb.

Source link